IMG-LOGO

Keçmiş baş məşqçi klub prezidenti seçildi

28.04.2024 12:41 13 baxış
IMG

Sankt-Peterburqun "Zenit" futbol klubunun keçmiş baş məşqçisi Andre Villaş-Boaş Portuqaliyanın "Portu" klubunun prezidenti seçkilərində qalib gəlib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı bu vəzifəni 2028-ci ilə qədər tutacaq. O, 1982-ci ildən klubun prezidenti olan Xorxe Nuno Pinto da Koştanın yerinə keçib.

"Mənə həvalə edilmiş məsuliyyətə görə “Porto” üçün canımı verməyə söz verirəm", - Villaş-Boaş söyləyib.

Villaş-Boaşın 46 yaşı var və 2014-2016-cı illərdə "Zenit"ə başçılıq edib. Onun rəhbərliyi altında komanda Rusiya çempionu olub, ölkə kubokunu və super kubokunu qazanıb. Mütəxəssis məşqçilik karyerası ərzində “Porto”da da çalışıb (2010−2011), klubla çempionluq, Portuqaliya kuboku və Superkubokunu, eləcə də Avropa Liqasını qazanıb.

“Port”o Portuqaliyanın 30 qat çempionudur, klub bu göstəricidə “Benfika”dan (38) sonra ikinci yerdədir. Komanda həmçinin 19 dəfə ölkə kubokunu və 23 dəfə super kuboku qazanıb.

Xəbər lenti