IMG-LOGO

Bakıda kuryoz olay-VİDEO

28.04.2024 12:08 12 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.

 

 

 

 

 

 

Xəbər lenti