IMG-LOGO

Bəzi statistik göstəricilər “Açıq qapı”da

29.12.2023 21:00 112 baxış
IMG

“2023-cü ilin yanvar-noyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 408 688 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 55,6 %-i), 932 368 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 36,8 %-i) və 192 554 abonent 25 qəpik tariflə (ümumi abonentləin 7,6 %-i) təbii qazdan istifadə edib”.

Lent.az xəbər verir ki, bu sözləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Qurum rəsmisi cari ilin 11 ayı ərzində 104/185 Çağrı Mərkəzinə daxil olan müraciətlərlə bağlı məlumatı da media nümayəndələrinin diqqətinə çatdırıb.

“2023-cü ilin əvvəlindən dekabr ayına qədər 857 692 müraciət daxil olub ki, əsasan sayğaclarla bağlı və məlumat xarakterli müraciətlərin sayı üstünlük təşkil edib”, - deyə şöbə rəisi bildirib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Xəbər lenti