IMG-LOGO

Afrika Millətlər Kubokunun sonuncu çempionundan kubok geri alınacaq

18 Mar 2026 03:36 6 baxış
IMG

Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə qalib gələn Seneqala texniki məğlubiyyət verilib.

"Report" xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) qərar qəbul edib.

Buna səbəb final görüşündə seneqallıların baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə bir müddət meydanı tərk etməsi göstərilib.

Belə ki, final matçda İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edilib. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olunub. Bu da seneqallıların kəskin etirazına səbəb olub. Nəticədə Mərakeş CAF-a şikayət məktub ünvanlayıb.

CAF Apellyasiya Şurası oyun zamanı baş verən hadisəni mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib. Yeni qərara əsasən kubok Seneqaldan alınaraq Mərakeşə təqdim olunacaq.

Xəbər lenti