IMG-LOGO

Buşehr AES-in ərazisinə mərmi düşüb

18 Mar 2026 06:39 5 baxış
IMG

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) Buşehr Atom Elektrik Stansiyasına düşən mərmi barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə AEBA-nın X sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.

Məlumata görə, İran tərəfi agentliyə çərşənbə axşamı Buşehr Atom Elektrik Stansiyasının ərazisinə mərmi düşdüyünü bildirib. Lakin stansiyaya dəyən ziyan və ya işçilər arasında itki barədə heç bir məlumat verilməyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru, eyni zamanda BMT-nin Baş katibi postuna namizədlərdən biri olan Rafael Qrossi davam edən münaqişə fonunda nüvə qəzasının qarşısını almaq üçün tərəfləri bir daha maksimum təmkin göstərməyə çağırıb.

Xəbər lenti