IMG-LOGO

Premyer Liqanın XXV turu bu gün başlayır: "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edəcək

18 Mar 2026 09:00 6 baxış
IMG

Misli Premyer Liqasının XXV turuna bu gün start veriləcək.

"Report" xəbər verir ki, günün yeganə matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Oyun Şamaxı şəhər stadionunda, saat 15:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Naxçıvan klubu 36 xalla beşinci, meydan sahibləri 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 20-də yekun vurulacaq.

Xəbər lenti