IMG-LOGO

Seneqal Futbol Federasiyası Afrika Millətlər Kuboku çempionluğunun ləğvi ilə bağlı qərarı qınayıb

18 Mar 2026 10:00 9 baxış
IMG

Seneqal Futbol Federasiyası (FSF) Afrika Futbol Konfederasiyasının (CAF) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi adını komandadan alması barədə qərarı ilə bağlı bəyanat yayıb.

"Report" FSF-nin rəsmi saytına istinadən xəbər verir ki, Seneqal tərəfi qərarı ədalətsiz və qəbulolunmaz adlandırıb.

Lakin CAF-ın Apellyasiya Komitəsi Mərakeş Kral Futbol Federasiyasının (FRMF) şikayətini təmin edib. Qərarda bildirilir ki, Seneqal millisinin davranışı nizamnamənin 82 və 84-cü maddələrini pozub. Nəticədə əvvəlki qərar ləğv edilib və Seneqala 0:3 hesablı texniki məğlubiyyət verilib. Beləliklə, çempionluq titulu Mərakeşə ötürülüb.

Seneqal Futbol Federasiyası bəyanatda qərarı sərt şəkildə qınayıb və bunun Afrika futbolunu gözdən salan addım olduğu bildirilib. FSF dürüstlük və idman ədaləti dəyərlərinə sadiq qaldığını və ictimaiyyəti hadisələrin gedişatı barədə məlumatlandıracağını bildirib.

Qeyd edək ki, 2026-cı il yanvarın 18-də Rabatda keçirilən final matçında seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etmişdilər. Təxminən 15 dəqiqəlik fasilədən sonra geri qayıdan komandanın qapıçısı Eduar Mendinin sayəsində penaltini dəf etmiş, əlavə vaxtda isə Pape Quyenin qolu ilə 1:0 hesablı qələbə qazanmışdılar.

Xəbər lenti