Yeni ali rəhbər Müctəba Xamenei tamamilə sağlamdır, aldığı xəsarətlər yüngül olub.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ən böyük şəhərlərə, o cümlədən Tehrana zərbələr endirilib. İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Bu postu onun oğlu - Müctəba Xamenei tutub.