İranın xarici siyasət kursu daha böyük dəqiqlik, koordinasiya və səmərəliliklə davam etdiriləcək.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı başsağlığında qeyd edib.
Nazir vurğulayıb ki, Əli Laricani daxili və xarici sahələrdə uzun illərə dayanan dəyərli təcrübəsi ilə ölkənin qərarvermə prosesində unikal və təsirli bir şəxsiyyətə çevrilib.
"Belə bir şəxsiyyətin itkisi İslam sistemi üçün böyük və əvəzolunmaz zərbədir", - deyə XİN başçısı əlavə edib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani martın 17-də ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olub.