IMG-LOGO

Türkiyə və Pakistan XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

18 Mar 2026 11:36 6 baxış
IMG

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.

Qeyd olunub ki, nazirlər regionda dəyişən vəziyyəti müzakirə ediblər və artan gərginliklə bağlı ciddi narahatlıqlarını bildiriblər.

M.İ.Dar gərginliyin azaldılmasının təcili zəruriliyini vurğulayıb və problemlərin həlli, eləcə də regionda sülh, sabitliyin təşviqi üçün yeganə effektiv vasitənin konstruktiv dialoq və diplomatiya olduğunu qeyd edib.

Xəbər lenti