Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Principal" MMC-dir.
Qalib şirkətə 1 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 2,4 min manat ödənilib.