IMG-LOGO

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu auditor seçir

18 Mar 2026 12:38 3 baxış
IMG

Gənclər və İdman Nazirliyi yanında Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini aprelin 14-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Olimpiya küçəsi, 4A ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 14-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 890 manat ödənilib.

Xəbər lenti