Moskva "Spartak"ının keçmiş oyunçusu Kuinsi Promes 2020-ci ildə əmisi oğlunu bıçaqladığını etiraf edib. Hadisənin ailə məclisi zamanı baş verdiyi bildirilir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun müdafiəçiləri bu hərəkətin özünümüdafiə olduğunu və Promesin cəzalandırılmamalı olduğunu iddia edib. Promes əvvəllər kokain qaçaqmalçılığı və əmisi oğluna hücum etdiyinə görə ümumilikdə 7,5 il həbs cəzasına məhkum edilib.
"Spartak"ın keçmiş ulduzu Kuinsi Promeslə bağlı şok hadisə baş verib. Hollandiyalı futbolçunun 2020-ci ildə əmisi oğlunu bıçaqladığını etiraf etdiyi ortaya çıxıb.
Məlumata görə, Promesin yeni vəkilləri hadisənin ailə məclisi zamanı baş verdiyini təsdiqləyiblər. Ulduz futbolçu əmisi oğlunun dizindən bıçaqladığını etiraf edib.
Müdafiə tərəfi hadisənin özünümüdafiə aktı olduğunu və Promesin cəzalandırılmamalı olduğunu iddia edib.
Hollandiya prokurorluğunun tələbi ilə ötən il Birləşmiş Ərəb Əmirliklərindən ölkəsinə ekstradisiya edilən Promes iki ayrı məhkəmə prosesi ilə üzləşib. Amsterdam rayon Məhkəməsi ulduz futbolçunu kokain qaçaqmalçılığına görə 6 il, əmisi oğluna hücum etdiyinə görə isə 1 il 6 ay həbs cəzasına məhkum edib.
İdman xəbərləri