IMG-LOGO

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18 Mar 2026 13:55 3 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnvestra Kredit İttifaqı" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, 4, döngə 1, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdur.

Xatırladaq ki, hazırda Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyasına malik 35 kredit ittifaqı var.

Xəbər lenti