IMG-LOGO

Papoyan: İranla münaqişə uzanarsa, iqtisadiyyatımız ciddi zərər görəcək

18 Mar 2026 13:54 4 baxış
IMG

ABŞ və İsrailin İrana qarşı əməliyyatının davam etməsi Ermənistan iqtisadiyyatına uzunmüddətli mənfi təsir göstərə bilər.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsinin iclasında bildirib.

Nazirin sözlərinə görə, artıq iqtisadi risklər müşahidə olunur. "İtkilər, şübhəsiz ki, davam edir - bəzi malların bahalaşması şəklində inflyasiya riskləri müşahidə edirik. Bundan başqa, Ermənistan bir sıra malların istehsalı üçün İrandan xammal alır və bu halda da inflyasiya riskləri yarana bilər", - o qeyd edib.

Papoyan İranla ticarət dövriyyəsinin əhəmiyyətli həcmini xatırladıb və münaqişənin uzanmasının ölkə iqtisadiyyatı üçün uzunmüddətli mənfi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.

"Eyni zamanda, əgər biz yüksək vəzifəli siyasi xadimlərin bəyanatlarını əsas götürsək, münaqişənin yaxın gələcəkdə bitəcəyinə ümid yaranacaq. Düşünürəm ki, belə olan halda artıq böyük mənfi gözləntilərimiz olmamalıdır", - iqtisadiyyat naziri əmin edib.

Xəbər lenti