IMG-LOGO

İranın kəşfiyyat naziri də ÖLDÜRÜLDÜ - YENİLƏNİB

18 Mar 2026 14:31 3 baxış
IMG
5 0

İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat naziri İsmail Xatibin öldürüldüyünü təsdiqləyib.

Bu barədə "Reuters" nəşri yazıb.

O, İsmail Xatibin ötən gecə zərbə nəticəsində öldürüldüyünü bildirib.

Kats həmçinin qeyd edib ki, o və İsrailin Baş naziri Benyamin Netanyahu əlavə təsdiqə ehtiyac olmadan hərbçilərə digər yüksəkvəzifəli İran rəsmilərinin də öldürülməsi üçün icazə veriblər.

***

saat 12:14

İsrail İranın daha bir yüksək vəzifəli məmurunu öldürüb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın kəşfiyyat naziri Seyid İsmail Xətib dünən gecə İsrail ordusunun hücumu nəticəsində öldürülüb.

https://t.me/mouzeiran/10213

 

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi İranın kəşfiyyat naziri öldürüldü Seyid İsmail Xətib

Xəbər lenti