IMG-LOGO

Azərbaycan əsas tədarük bazarından avtobus alışını kəskin artırıb

18 Mar 2026 14:34 6 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd avtobus idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 36,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 dəfə çox) 185 ədəd (+4 dəfə) və İtaliyadan 238 min ABŞ dolları dəyərində (+5 dəfə) 4 ədəd (+4 dəfə) avtobus alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 877 ədəd avtobusun 82 %-i Çinin payına düşüb.

Xəbər lenti