IMG-LOGO

KİV: SEPAH futbolçu Sərdar Azmunu təhdid edir

18 Mar 2026 14:25 4 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) nümayəndələri ölkənin yığma komandasının futbolçusu Sərdar Azmunu hədələyiblər.

"Report" xəbər verir ki, bu barədə "Middle East 24"ün yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu məşhur futbolçunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri Məhəmməd bin Raşid Əl Məktum və Məhəmməd bin Zayed Əl Nahayyan ilə fotoları dərc olunub. Sepah onu bank hesablarındakı maliyyə vəsaitinin müsadirə olunması və məhkəmə ilə hədələyib.

Məlumata görə, qvardiyaçılar Sərdar Azmunu İranın düşmənləri ilə əməkdaşlıqda, ABŞ və İsrailin hücumları ilə bağlı bəyanat verməməkdə ittiham ediblər.

İran mediası isə onun yığma komandadan kənarlaşdırıldığını xəbər verir. O, BƏƏ-nin "Şəbab əl-Əhli" futbol klubunda çıxış edir.

Sərdar Azmun əvvəllər Rusiyanın "Rubin" (Kazan), "Rostov", "Zenit" (Sankt-Peterburq), Almaniyanın "Bayer" (Leverkuzen) və İtaliyanın "Roma" klublarında çıxış edib.

Xəbər lenti