IMG-LOGO

"Arsenal" Deklan Raysın müqaviləsinin müddətini uzatmağa yaxındır

18 Mar 2026 16:01 6 baxış
IMG

İngiltərənin "Arsenal" klubu futbolçusu Deklan Raysın müqaviləsinin müddətini uzatmağa yaxındır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

27 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinin 2030 və 2031-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.

Xatırladaq ki, 2023-cü ildən "topçular"da çıxış edən Deklan Raysın "Arsenal"la 2028-ci ilin yayınadək sözləşməsi var. O, cari mövsüm 45 matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti