IMG-LOGO

Sertaç Ortaç ilə sevgilidirmi?

18 Mar 2026 16:04 6 baxış
IMG
0 0

Müğənni Serdar Ortaç və Canselin illər əvvəl çəkilmiş "Kısmetse olur" realiti şousundan çəkilmiş şəkilləri yenidən ortaya çıxıb və böyük səs-küyə səbəb olub. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şəkillərin son zamanlar çəkilmiş kimi təqdim edilməsindən qəzəblənən Cansel Ayanoğlu, aralarındakı romantik münasibətlə bağlı yenilənmiş şayiələrə belə cavab verib: "Bunları dəfələrlə gündəmə gətirirsiniz. Mən artıq bunların doğru olmadığını bildirmişəm".

"Kısmetse Olur" realiti şousundan tanınan Cansel Ayanoğlu ilə məşhur müğənni Serdar Ortaçın illər əvvəl çəkdirdiyi səmimi fotoları sosial mediada yenidən ortaya çıxıb. X platformasında sürətlə yayılan görüntülər, cütlük arasında romantik münasibət şayiələrini yenidən alovlandırıb. 

Paylaşılan fotolarda Serdar Ortaçın Cansel Ayanoğlunun çiyninə söykənib əllərini öpdüyü görünür. Şəkillər tez bir zamanda istifadəçilər arasında müzakirə mövzusuna çevrilib və "aralarında bir münasibət varmı" sualı yenidən müzakirə mövzusuna çevrilib.

Müzakirə mövzusuna çevrilən iddialar qarşısında susmayan Cansel Ayanoğlu paylaşımlara sərt reaksiya verib. Köhnə görüntülərin sanki yeni kimi təqdim olunmasından qəzəblənən Ayanoğlu "Siz onları dəfələrlə gündəmə gətirirsiniz. Neçə il keçib? Mən artıq bunların doğru olmadığını bildirmişdim" deyib və iddiaları qəti şəkildə təkzib edib.

 

Sərdar Ortac müğənni

Xəbər lenti