IMG-LOGO

Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-17 millisi Farer adalarına uduzub

18 Mar 2026 16:51 7 baxış
IMG

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi növbəti oyununda da məğlub olub.

"Report" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivi ilə bacarmayıb - 1:6.

Azərbaycan yığmasının heyətində Könül Hüseynova 42-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, U-17 daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.

Xəbər lenti