IMG-LOGO

Azərbaycanda evlənənlər azalıb, ölənlər çoxalıb

18 Mar 2026 16:41 8 baxış
IMG
1 0

Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Bununla yanaşı bu ilin yanvar ayı ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 7,2-yə qədər artıb.

statistika ölüm evlənmək

Xəbər lenti