İsrail Hərbi Hava Qüvvələri İranın "Cənubi Pars" qaz yatağının obyektlərinə hücum həyata keçirdikdən sonra İsrail İran tərəfindən daha ciddi addımlar atılacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən İsrail KİV-ləri məlumat yayıb.
Onların fikrincə, İranın iri qaz yatağına endirilən zərbə ölkənin qaz emalı gücünün təxminən beşdə birinə ziyan dəyməsi deməkdir. İranın buna İsraildəki enerji infrastrukturuna və ola bilsin ki, bütün regiondakı obyektlərə zərbələr endirməklə cavab verəcəyi istisna edilmir.