IMG-LOGO

"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!

18 Mar 2026 17:54 5 baxış
IMG

Həyata keçirdiyi layihələr ilə seçilən "Bank of Baku" ASC gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb.

Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsində əməkdaşlarının övladlarını əhatə edən yaradıcı müsabiqə təşkil edib. 6-15 yaşlı uşaqların iştirak etdiyi "Öz pulunu yarat!" adlı müsabiqəsinin əsas məqsədi pulun sadəcə ödəniş vasitəsi deyil, həm də bir mədəniyyət, tarix və ideoloji rəmz olduğunu göstərmək olub.

Müsabiqə müddətində uşaqlar yerli və beynəlxalq valyutaları araşdıraraq öz xəyal dünyalarına uyğun fərqli əsginas dizaynları hazırlayıblar. Uşaqlar vizual dizaynla yanaşı, istifadə etdikləri hər bir elementin və detalın mənasını da izah edən materiallar təqdim ediblər.

Müsabiqənin sonunda ideyası və bədii yaradıcılığı ilə fərqlənən 6 əl işinin müəllifi qalib olaraq seçilib və "Bank of Baku" tərəfindən mükafatlandırılıb.

Bu il "Puldan danışaq!" devizi altında keçirilən "Qlobal Pul Həftəsi" kampaniyası gəncləri əhatə edən maliyyə savadlılığı təşəbbüslərini təşviq edir. Kampaniyanın əsas məqsədi bütün uşaqların və gənclərin yüksək maliyyə biliklərinə, pul məsələləri haqqında məlumatlara sahib olması, ağıllı maliyyə qərarları qəbul etmək bacarığına yiyələnmələridir.

Kampaniyanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) təşkil edir və Azərbaycan Mərkəzi Bankı 2025-ci ildən bu təşkilatın tam hüquqlu üzvüdür.

"Bank of Baku" təşkil etdiyi fərqli formatlı layihələri ilə müxtəlif yaş qrupları arasında maliyyə savadlılığının artırılmasına öz töhfəsini verir və bunu gələcək fəaliyyətində də davam etdirməyi hədəfləyir.

"Bank of Baku" hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

"Bank of Baku"nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Xəbər lenti