"Şamaxı" komandasının baş məşqçisi Ayxan Abbasov "Araz-Naxçıvan"la oyunda məğlubiyyətə layiq olmadıqlarını düşünür.
"Report" xəbər verir ki, 44 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.
O, Misli Premyer Liqasının XXV turunda 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Bu mövsüm üçüncü və ya dördüncü dəfədir ki, məğlubiyyətə layiq deyildik. Çoxlu qol şanslarımız oldu, amma yararlana bilmədik. Oyunçularımız bu gün sonadək mübarizə apardılar. Üstünlük bizdə idi, buna görə də şadam. Son ötürmələr və zərbələr üzərində işləməliyik".