IMG-LOGO

Azərbaycanda iki ayda tikinti işlərinin 77 %-dən çoxu inşa, yenidənqurma və bərpa olub

18 Mar 2026 17:16 5 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti müəssisələrinin (fərdi sahibkarlar da daxil olmaqla) yerinə yetirdiyi işlərin 77,2 %-ni inşa, yenidənqurma və bərpa işləri təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumi işlərin 9,2 %-ni əsaslı təmir, 8,1 %-ni cari təmir, 5,5 %-ni isə digər tikinti işləri təşkil edib.

Eyni zamanda, inşaat işlərinin 88,2 %-ni özəl sektorun payına düşüb.

Xəbər lenti