Smolenskdə uşaq oğurluğu ilə bağlı cinayət işi üzrə istintaq təcridxanasında ölən Sergey Qrişenkovun ittiham olunduğu cinayət işi dayandırıla bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, qərar qohumları ilə məsləhətləşdikdən sonra veriləcək.
"Onun qohumları, qanuni nümayəndəsi müəyyən ediləcək, işin dayandırılması ilə bağlı fikirləri öyrəniləcək", - mənbə bildirib.
Xatırladaq ki, doqquz yaşlı məktəbli Aleksandranı qaçırmaqda ittiham olunan Qrişçenkov Smolensk vilayətindəki istintaq təcridxanasında ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölüm faktını təsdiqləyiblər.
Saxlanılan şəxsin cəsədini dünən gecə müəssisənin əməkdaşları aşkar edib. İlkin məlumatlara görə, ölümlə bağlı zorakılıq əlamətləri və ya üçüncü tərəflərin iştirakı yoxdur.
Hadisələr
