IMG-LOGO

Fiziki şəxslərin Azərbaycandan İtaliyaya pul köçürmələri təxminən 30 % artıb

18 Mar 2026 18:55 5 baxış
IMG

Fiziki şəxslərin 2025-ci ildə Azərbaycandan İtaliyaya pul köçürmələri 7,754 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 29,25 % və ya 1,755 milyon ABŞ dolları çoxdur.

İlin yekunlarına əsasən, İtaliyaya pul baratlarının Azərbaycandan ümumi köçürmələrdəki payı 1,1 %-dən 1,5 %-ə çatıb.

Xatırladaq ki, 2025-ci ilin yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin ümumi həcmi 505,139 milyon ABŞ dolları təşkil edib (il ərzində 4,1 % azalıb).

Xəbər lenti