IMG-LOGO

Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

18 Mar 2026 19:59 3 baxış
IMG

Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair danışıqlar aparıblar.

"Report" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun küveytli həmkarı Cərrah Cabər əl-Əhməd əs-Sabah arasında görüş baş tutub.

"Biz Fars körfəzindəki vəziyyət və İranın hücumları da daxil olmaqla Küveytə təsir edən son hadisələri müzakirə etdik. Bununla əlaqədar olaraq mən Ukraynanın Küveyt və regiondakı digər tərəfdaşlarla həmrəyliyini, eləcə də beynəlxalq hüquqa ortaq sadiqliyimizi qeyd etdim. Biz hava hücumundan müdafiə də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - Sibiqa "X" sosial şəbəkəsində yazıb.

Dialoq çərçivəsində Sibiqa küveytli həmkarını Ukraynaya səfərə dəvət edib.

Xəbər lenti