Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.
"Report" xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib və ikincilər 3:2 hesablı qələbə qazanıblar.
Qadınların mübarizəsində iki matç baş tutub. "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.