IMG-LOGO

Estoniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 120 dəfədən çox artıb

18 Mar 2026 20:47 6 baxış
IMG

2025-ci ildə Estoniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 14,985 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 122,82 dəfə və ya 14,863 milyon ABŞ dolları artıb.

Bu göstərici 2024-cü ildə 122 min ABŞ dolları olub.

Estoniyadan gələn investisiyaların Azərbaycana yatırılan ümumi birbaşa xarici investisiyaların həcmindəki payı 0,2 % təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları təşkil edib (il ərzində 6,4 % azalıb), Azərbaycan isə xaricə 2,528 milyard dollar investisiya yatırıb (43,4 % artımla).

Xəbər lenti