İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 968-ə çatıb.
"Report" NNA agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-dən 18-dək həlak olanların ümumi sayı 968 nəfərə çatıb, 2 432 nəfər yaralanıb", - qurumun məlumatında vurğulanıb.
Daha əvvəl 912 nəfərin öldüyü bildirilmişdi.