IMG-LOGO

PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən bir neçə həftə meydandan kənar qalacaq

18 Mar 2026 22:45 6 baxış
IMG

Fransanın PSJ klubunun cinah oyunçusu Bredli Barkola ciddi zədə alıb.

"Report" xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Çelsi" komandasına qarşı keçirilən cavab oyununda meydanı xərəkdə tərk edib.

Görüşdə fərqlənərək komandasının ikinci qolunu vuran 23 yaşlı oyunçu qısa müddət sonra zədələnib və oyunu davam etdirə bilməyib.

Aparılan tibbi müayinədən sonra Barkolaya sağ topuğunda ağır burxulma diaqnozu qoyulub. Klub rəsmi açıqlamasında onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Bununla da, o, Fransa millisinin mart ayındakı təlim-məşq toplanışını buraxacaq. Bundan əlavə, cinah oyunçusunun PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində "Qalatasaray" – "Liverpul" cütünün qalibi ilə keçiriləcək oyunda iştirak etməsi sual altına düşüb.

Xəbər lenti