İranda ABŞ və İsrailin hücumları zamanı 20 617 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, hücumlar başlayandan bu günə qədər 18 tibb işçisi həlak olub, 101 nəfər yaralanıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.