IMG-LOGO

Pezeşkian: Enerji infrastrukturuna hücumlar nəzarəti mümkünsüz nəticələrə səbəb olacaq

18 Mar 2026 23:14 4 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumlarını pisləyərək qeyd edib ki, bu hərəkətlər Yaxın Şərqdə eskalasiyanı daha da artıracaq.

"Report" xəbər verir ki, Pezeşkian bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İranın enerji infrastrukturuna hücumu qətiyyətlə pisləyirəm. Bu cür təcavüzkar hərəkətlər ABŞ, İsrail və onların himayədarlarına heç bir nailiyyət gətirməyəcək. Əksinə, onlar vəziyyəti yalnız mürəkkəbləşdirəcək və miqyası bütün dünyanı əhatə edəcək nəzarəti mümkünsüz nəticələrə səbəb ola bilər", - Pezeşkian vurğulayıb.

Daha əvvəl ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, həmçinin "Cənub Pars" qaz yatağının obyektlərinə zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti