IMG-LOGO

Helikopter qəzaya uğrayıb, ölənlər var

24 Feb 2024 04:08 261 baxış
IMG

ABŞ Milli Qvardiyasına məxsus "AH-64 Apache" helikopteri Missisipi ştatında qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz məlumat verib.

Hadisədə iki ekipaj üzvü həlak olub.

Eyni zamanda, Missisipi Milli Qvardiyası öz "Facebook" səhifəsində “qurbanlar haqqında məlumatın hələ təsdiqlənmədiyini” bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

Xəbər lenti