IMG-LOGO

"Lockheed Martin" Estoniyada "HIMARS" sistemlərinə xidmət mərkəzi inşa edəcək

19 Mar 2026 03:17 3 baxış
IMG

ABŞ-nin müdafiə nəhəngi "Lockheed Martin" Estoniyada "HIMARS" mobil raket sistemlərinin texniki xidmət mərkəzini inşa edəcək.

"Report" ERR-ə istinadən xəbər verir ki, bu barədə razılaşma Vaşinqtonda Estoniyanın müdafiə naziri Hanno Pevkurun korporasiyanın vitse-prezidenti Paula C. Hartli ilə danışıqları zamanı əldə olunub.

Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaradılan kompleks hər üç Baltikyanı dövlət üçün "HIMARS" sistemlərinə servis xidmətləri göstərməklə region üçün ən mühüm infrastruktur elementinə çevriləcək.

Obyektin tikintisinə təxminən iki il vaxt gedəcəyi gözlənilir. Eyni zamanda, ilkin yatırımların məbləği təqribən 10 milyon avro dəyərində qiymətləndirilir. Görüş zamanı tərəflər həmçinin gələcək perspektivdə korporasiyanın Estoniyadakı mövcudluğunun ehtimal olunan genişləndirilməsi məsələsini də qaldırıblar.

"Lockheed Martin" şirkəti "HIMARS"dan əlavə, beşinci nəsil "F-35" qırıcıları, "Patriot" HHM sistemləri və "Black Hawk" helikopterləri istehsal edən Amerika müdafiə sənayesi nəhəngidir.

Xəbər lenti