ABŞ Müharibə Nazirliyi İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün iki yüz milyard dollardan çox vəsaitin alınmasında təkid edir.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ hərbi idarəsi Ağ evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Ağ evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Konqresə 200 milyard dollardan çox vəsait ayrılması barədə sorğunun təsdiqlənməsini xahiş edib.
"Nəhəng məbləğlə bağlı bu sorğu, demək olar ki, mütləq şəkildə münaqişəyə qarşı çıxan qanunvericilərin müqaviməti ilə qarşılaşacaq", - nəşr qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.