IMG-LOGO

BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib

19 Mar 2026 07:47 4 baxış
IMG

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında mərmi ilə vurulması nəticəsində gəmidə yanğın baş verməsi barədə məlumat yayıb.

"Report" xəbər verir ki, məlumat qurumun rəsmi saytında yerləşdirilib.

İnsident əmirliyin Qor-Fəkkən şəhərindən 11 dəniz mili (təxminən 20 km) şərqdə qeydə alınıb.

"UKMTO-ya daxil olan məlumata görə, gəmiyə naməlum mərmi dəyib və nəticədə göyərtədə yanğın başlayıb", – mərkəzin bəyanatında bildirilib.

Zərərçəkənlər və ya dəyən ziyan barədə məlumat yoxdur.

Xəbər lenti