IMG-LOGO

Azərbaycanda noutbuk və kompüter istehsalının 2 aylıq həcmi açıqlanıb

19 Mar 2026 09:42 5 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 35 ədəd noutbuk, 68 ədəd stolüstü kompüter istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 94,6 % və 95,6 % azdır.

Təkcə fevralda isə 3 ədəd noutbuk və 48 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 97 % və 96 % azdır.

2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.

Xəbər lenti