Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 393,1 milyon manatlıq məhsul istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.
Təkcə fevralda isə bu sektorda 189 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,6 % çoxdur.
Bu ilin ilk 2 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2,1 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 18,47 milyard manatlıq və yaxud illik müqayisədə 0,3 % çox ÜDM istehsal olunub.