Küveytdəki Əl-Əhmədi limanında ölkənin Neft Korporasiyasına məxsus neft emalı zavodunda pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra yanğın baş verib.
"Report" xəbər verir ki, Küveyt agentliyi KUNA korporasiyanın bəyanatını yayıb.
"PUA hücumu Mina əl-Əhmədi neft emalı zavodunda kiçik yanğın səbəb olub, lakin heç kim xəsarət almayıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, yanğın lokallaşdırılıb.
Mina əl-Əhmədi neft emalı zavodu Yaxın Şərqdəki ən böyük zavodlardan biridir, onun istehsal gücü gündəlik 730 min bareldir.