IMG-LOGO

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox artırıb

19 Mar 2026 12:51 3 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 20,416 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3,1 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 659,67 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə bir il əvvələ nisbətən 70 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (143,856 milyon ABŞ dolları; 4,2 dəfə çox), Rusiya (84,943 milyon ABŞ dolları; 26 % çox), Türkiyə (76,072 milyon ABŞ dolları; 87,9 % çox), Ermənistan (23,962 milyon ABŞ dolları; 10,8 % çox), Ukrayna (21,208 milyon ABŞ dolları; 76,3 % çox) və BƏƏ (20,826 milyon ABŞ dolları; 5,1 dəfə çox) olub.

Xəbər lenti