IMG-LOGO

Azərbaycanda ictimai nəqliyyat vasitələrinin istehsalı 5 %-dən çox artıb

19 Mar 2026 12:40 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 20 ədəd ictimai sərnişin nəqliyyat vasitələri istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk iki ayında Azərbaycanda 70,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə artıb.

Bundan başqa, yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 249 ədəd və ya 53,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 215 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 79 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk iki ayı ilə müqayisədə 1,3 % azdır. Bu ilin martın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-fevral aylarında ölkədə 134 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 11,2 dəfə çoxdur. Bu ilin martın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Xəbər lenti