IMG-LOGO

ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır

19 Mar 2026 12:39 2 baxış
IMG

Belarusun Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında ABŞ-nin xüsusi elçisi Con Koulun rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"İkitərəfli münasibətlərimizi müzakirə edirik. Bütün məsələlər üzrə onlarla danışıqlar aparırıq. Rusiya və Çini (Belarusun bu ölkələrlə münasibətləri) mötərizədən kənara çıxararaq. Bu müzakirə olunmur", - A.Lukaşenko jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Belarus-ABŞ əlaqələrinin növbəti raundudur. A.Lukaşenko Con Koulla bir neçə dəfə görüşüb. Əvvəlki görüş 2025-ci ilin dekabr ayının ortalarında olub.

Xəbər lenti