IMG-LOGO

"Bank Respublika" və "EIB Global" AMB-nin hedc mexanizminin tətbiqilə kredit sazişi bağlayıblar

19 Mar 2026 14:58 4 baxış
IMG

"Bank Respublika" və "EIB Global" sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağladı

"Bank Respublika" ASC və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi - "EIB Global" Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.

"Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.

Bu əməliyyat üzrə valyuta riski Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi hedc mexanizmi ilə idarə olunacaq.

Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib: "Kiçik və orta sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. "Bank Respublika" ilə uğurlu tərəfdaşlıq sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerləri yaradılması, innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusən milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl sektorunun güclənməsinə töhfə verir".

Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib: "Daha dərin, dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət kəsb edir. AMB-nin tətbiq etdiyi milli valyutada valyuta riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli mühit yaradır".

"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib: "EIB Global"ın "Bank Respublika"nı Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk. Xüsusi olaraq, AMB-nin bazar ehtiyaclarına müasir, çevik və proaktiv yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada kreditləşdirilməsinə əlavə təkan verəcək".

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram

Çağrı Mərkəzi: 144

Xəbər lenti