IMG-LOGO

Oman İranı Fars körfəzi ölkələrinin obyektlərinə hücumlarına görə qınayıb

19 Mar 2026 14:49 3 baxış
IMG

Oman İranı Fars körfəzi ölkələrindəki, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki enerji obyektlərinə etdiyi son hücumlara görə qınayıb.

"Report" xəbər verir ki, bu barədə Omanın informasiya agentliyi məlumat yayıb.

"Oman beynəlxalq qanunlara və normalara riayət edilməsinin zəruriliyini, mülki obyektlərə və qlobal enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsinin yolverilməzliyini təsdiqləyir və öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün qanuni tədbirlər görməsində bu dövlətlərlə həmrəy olduğunu bildirir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars yatağı"nın obyektlərinə zərbələr endiriblər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar və bunun nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran İsrailə və ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.

Xəbər lenti