Serbiya Prezidenti Aleksandar Vuçiç dünyada neft qiymətlərinin bahalaşması səbəbindən təcili iclas çağırıb.
"Report"un Balkan bürosu xəbər verir ki, aidiyyəti nazirliklər və qurumlarla təcili iclas yanacaq bazarındakı vəziyyəti və ölkədə ehtiyatların durumunu qiymətləndirmək məqsədilə çağırılıb.
Bildirilib ki, İran mediasının dünyanın ən böyük təbii qaz yatağında yerləşən obyektə hava hücumu edildiyini bildirməsindən sonra bu gün neftin qiyməti bir barel üçün 112 dollara yüksəlib (əvvəl 65 dollar idi).