IMG-LOGO

Kamran Əliyev: "Azərbaycanda bir nömrəli idman növü güləşdir"

19 Mar 2026 14:41 3 baxış
IMG

Azərbaycanda bir nömrəli idman növü güləşdir.

Bunu "Report"a müsahibəsində Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər keçirilmiş güləş üzrə U-23 Avropa çempionatında hakimlik etmiş Kamran Əliyev deyib.

O, bir sıra Avropa ölkələrində bu idman növünün zəif olduğunu vurğulayıb:

"Azərbaycanda mənə görə bir nömrəli idman güləşdir. Bəzi Avropa təmsilçiləri bu idman növündə zəifdirlər. Ona görə də rəqiblər Azərbaycan güləşçilərinə qarşı çox ciddi yanaşırlar. Çünki bilirlər ki, bizim ölkədə zəif rəqib yoxdur. Ona görə də güləşçilərimizə qarşı görüşə daha məsuliyyətli çıxırlar. Lakin idmançılarımıza qarşı hansısa aqressivlik hiss etmədim. Normal münasibət oldu".

Kamran Əliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Xəbər lenti