Komor adaları yaxınlığında gəmi qəzası baş verib, nəticədə 17 nəfər ölüb.
"Report" "Habariza Comores"ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, göyərtəsində 51 miqrant olan gəmi gecə saatlarında Nqazica (Qrand-Komor) adasındakı Mitsamiuli yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Qeyd edilib ki, 30 nəfəri xilas etmək mümkün olub, bir neçə nəfər itkin düşmüş hesab olunur.